satellite   Azerspace-1: 11135 H 30000

Türk professor: Temperaturun yüksəlməsi ekstremal hadisələrin sayını və intensivliyini artıra bilər

Türk professor: Temperaturun yüksəlməsi ekstremal hadisələrin sayını və intensivliyini artıra bilər

Mütəxəssislər iqlim dəyişikliyinin təsirlərinin gücləndiyini və sənayeləşmədən əvvəlki dövr, əsasən, 1850–1900-cü illərlə müqayisə üçün istifadə olunan Paris İqlim Sazişində nəzərdə tutulan 1,5 dərəcəlik qlobal istiləşmə həddinin artıq keçildiyini bildirirlər.

NTV xəbər verir ki, alimlər hazırda dünyada son 150 ilin Sakit okeanın ekvator ətrafındakı şərq hissəsində dəniz suyunun temperaturunun normadan artıq yüksəlməsi ilə xarakterizə olunan “El-Nino” dövrlərindən birinin ən güclü şəkildə yaşandığını deyirlər.

Türk professor Ceyhun Özçelikin sözlərinə görə, okean və atmosfer temperaturunun yüksəlməsi qarşıdakı dövrdə daşqın, quraqlıq, isti hava dalğaları və meşə yanğınları kimi ekstremal hadisələrin sayını və intensivliyini artıra bilər.

Onun sözlərinə görə, dəniz suyunun temperaturunun kəskin yüksəlməsi Türkiyənin sahil bölgələrində güclü yağışlara, ölkənin daxili ərazilərində isə quraqlığa səbəb ola bilər.

Mütəxəssislər həm alimlərin, həm də yerli idarəetmə qurumlarının qarşıdakı ekstremal hava hadisələrinə qarşı əvvəlcədən hazırlıq görməsinin vacibliyini vurğulayırlar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM