Kolumbiya hökuməti güclü zəlzələ qurbanlarının xatirəsinə üçgünlük matəm elan edib.
NTV Kolumbiya mediasına istinadən xəbər verir ki, müvafiq fərmanı ölkə Prezidenti Abelardo de la Esprielya imzalayıb.
"Qurbanların xatirəsinə üçgünlük milli matəm elan edilir", - prezident administrasiyasının bəyanatında bildirilir.
Bu müddət ərzində ölkənin bütün dövlət binalarında, eləcə də Kolumbiyanın xaricdəki səfirlikliklərində milli bayraq yarıya qədər endiriləcək.
