satellite   Azerspace-1: 11135 H 30000

Gürcüstan 22 illik fasilədən sonra yenidən UEFA Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb

Gürcüstan 22 illik fasilədən sonra yenidən UEFA Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb

Gürcüstanın “İberiya Tbilisi” futbol komandası Avropa Liqasının üçüncü təsnifat mərhələsinin ikinci oyununda Şimali İrlandiyanın "Larne" komandasını 2:1 hesabı ilə məğlub edərək Avropa turnirinin əsas mərhələsi olan Konfrans Liqasında oynamaq hüququ qazanıb.

NTV xəbər verir ki, Tbilisidə keçirilən cavab oyununda "İberiya" 74-cü dəqiqədə hesabı açıb. Qonaqlar iki dəqiqə sonra tarazlığı bərpa ediblər.

Qalibi müəyyən etmək üçün əlavə vaxt təyin edilib. Gürcüstan çempionu 102-ci dəqiqədə daha bir qol vuraraq qalib gəlib.

Bu qələbə ilə "İberiya" UEFA Avropa Liqasının pley-off mərhələsinə vəsiqə və eyni zamanda Konfrans Liqasının əsas mərhələsində oynamaq hüququ qazanıb. Gürcüstan komandası sonuncu dəfə UEFA klub yarışının əsas mərhələsində 2004-cü ildə, "Dinamo Tbilisi"nin UEFA Kubokunun qrup mərhələsində mübarizə apardığı zaman oynayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM