Cənubi Koreya, ABŞ, Yaponiya və daha 38 dövlət ballistik raketlərin və kosmik daşıyıcıların buraxılışı barədə ən azı 24 saat əvvəl məlumat verilməsini tələb edən birgə bəyanat yayıb.
NTV “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, sənəddə əvvəlcədən xəbərdarlıq edilmədən nüvə başlığı daşıya bilən raketlərin sınaqdan keçirilməsinin təhlükəli olduğu və bölgədə sülhü təhdid etdiyi bildirilir. İmzası olan ölkələr bu cür şəffaf mexanizmlərin səhv hesablamaların qarşısını aldığını və təhlükəsizliyə töhfə verdiyini vurğulayırlar.
Xatırladaq ki, iyul ayında Çin Xalq Azadlıq Ordusunun Hərbi Dəniz Qüvvələri Sakit okeanda təlimlər çərçivəsində simulyasiya edilmiş döyüş başlığına malik strateji raketi sınaqdan keçirmişdi.
