Novorossiysk şəhərində PUA-nın qalıqlarının altı yaşayış binasına, bir ticarət obyektinə və tikinti sahəsinə düşməsi nəticəsində xəsarət alanlar olub.
NTV xəbər verir ki, Krasnodar diyarı əməliyyat qrupunun məlumatına görə, zərərçəkənlərə dərhal zəruri tibbi yardım göstərilib.
Həmçinin Temryuk rayonunun Volna kəndində dron parçasının şəxsi evin həyətinə düşməsi nəticəsində bir nəfər xəsarət alıb. Əməliyyat qərargahından bildirilib ki, insidentlərin baş verdiyi bütün ünvanlarda təcili yardım və digər xüsusi xidmət orqanları fəaliyyət göstərir.
