satellite   Azerspace-1: 11135 H 30000

Yaponiya Şimali Koreyanın raket sınağına sərt etiraz edib

Yaponiya Şimali Koreyanın raket sınağına sərt etiraz edib

Yaponiya Şimali Koreyanın səhər saatlarında həyata keçirdiyi ballistik raket sınağı ilə əlaqədar Pxenyana rəsmi etiraz ünvanlayıb.

NTV xəbər verir ki, Yaponiya mediasının müdafiə naziri Şinjiro Koizumiyə istinadən yaydığı məlumata görə, Tokio Pekindəki səfirliyinin diplomatik kanalları vasitəsilə Şimali Koreyanın hərəkətlərini qətiyyətlə pisləyib. Nazir qeyd edib ki, Pxenyanın mütəmadi raket buraxılışları bölgədə sülh və təhlükəsizliyə ciddi təhdid yaradır.

Müdafiə Nazirliyinin açıqlamasına görə, Şimali Koreyanın Vonsan bölgəsindən atdığı raketin maksimal uçuş hündürlüyü təxminən 90 km, mənzili isə 690 km təşkil edib. Buraxılışdan təxminən 10 dəqiqə sonra suya düşən raket Yaponiyanın xüsusi iqtisadi zonasından kənarda qərarlaşıb və heç bir ziyan qeydə alınmayıb. Bu, cari ildə qeydə alınan yeddinci raket sınağıdır.

Qeyd edək ki, son raket buraxılışı ABŞ və Cənubi Koreyanın Pxenyanın sərt qınağına səbəb olan "Ulchi Azadlıq Qalxanı" birgə hərbi təlimlərinə hazırlaşdığı bir dövrə təsadüf edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM