satellite   Azerspace-1: 11135 H 30000

Hindistanda etiraz aksiyası: Minlərlə tələbə təhsil nazirinin istefasını tələb edir

Hindistanda etiraz aksiyası: Minlərlə tələbə təhsil nazirinin istefasını tələb edir

Hindistanın paytaxtı Yeni Dehlidə minlərlə gənc parlament binasının qarşısında etiraz aksiyası keçirib.

NTV Anadolu agentliyinə istinadla xəbər verir ki, əsasən universitet tələbələrinin iştirak etdiyi aksiyada imtahan materiallarının sızmasının qarşısının alınması üçün daha sərt tədbirlər görülməsi tələb olunub.

Etirazçılar, xüsusilə tibb fakültələrinə qəbul üçün keçirilən Milli Uyğunluq və Giriş Testi (NEET) ilə bağlı problemlərə diqqət çəkərək, federal təhsil naziri Dharmendra Pradhanın istefasını tələb ediblər.

Bildirilib ki, bu il imtahan vərəqələrinin sızması səbəbindən imtahan yenidən keçirilib. Polis aksiyanın dağıdılması zamanı bir neçə şəxsi saxlayıb və izdihama qarşı gözyaşardıcı qazdan istifadə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM