satellite   Azerspace-1: 11135 H 30000

İspaniyada parkda baş verən yanğın səbəbindən 28 yaşayış məntəqəsinin sakini təxliyə edilib

İspaniyada parkda baş verən yanğın səbəbindən 28 yaşayış məntəqəsinin sakini təxliyə edilib

Syerra-Norte (İspaniya) parkında baş verən yanğın səbəbindən 28 yaşayış məntəqəsinin sakinlərini təxliyə etmək lazım gəlib, nəticədə 1 200 nəfər evlərini tərk etmək məcburiyyətində qalıb.

NTV xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.

İyulun 16-dan başlayan yanğın artıq 26 min hektar ərazini əhatə edib.

Kastiliya-La-Mança muxtar icmasının rəhbəri Emiliano Qarsiya-Paxe bildirib ki, hazırda yanğının regionun büdcəsinə vurduğu ziyan təxminən 50 milyon avro təşkil edir.

Onun sözlərinə görə, hökumət şurasının sabah keçiriləcək iclasında həm infrastruktur sahəsində bərpa işlərinin, həm də yanğından zərər çəkmiş müxtəlif bələdiyyələr üçün zəruri olan hər şeyin əlaqələndirilməsi məsələsi müzakirə ediləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM