satellite   Azerspace-1: 11135 H 30000

İsti hava Yaponiyada çimərliklərin azalmasına səbəb olur

İsti hava Yaponiyada çimərliklərin azalmasına səbəb olur

Yaponiyada yay mövsümündə istifadəyə açılan təsdiqlənmiş çimərliklərinin sayı son 30 ildə təxminən 30 faiz azalıb.

NTV Kyodo informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Yaponiya Səyahət və Turizm Assosiasiyası məlumat yayıb. Bildirilib ki, 1993-cü ildə ölkədə 1379 çimərlik fəaliyyət göstərirdisə, 2024-cü ildə bu rəqəm 969-a enib.

Qeyd edilib ki, azalmaya səbəb kimi son illərdə havanın temperaturunun artması, çimərliklərə gələnlərin sayının azalması, xilasedici çatışmazlığı və bəzi istirahət məkanlarının maliyyə çətinlikləri göstərilir. Mütəxəssislər qeyd edirlər ki, bəzi sahil ərazilərində qum çatışmazlığı və sahil xəttində baş verən dəyişikliklər də çimərliklərin fəaliyyətinə təsir edib.

Yerli hakimiyyət orqanları xilasedicilərin və nəzarətçilərin olmadığı qeyri-rəsmi çimərliklərdə üzməməyi tövsiyə edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM