satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə Müdafiə Nazirliyi Avropa Parlamentini qınayıb: Ankara Kiprdə sülhün və təhlükəsizliyin qarantıdır

Türkiyə Müdafiə Nazirliyi Avropa Parlamentini qınayıb: Ankara Kiprdə sülhün və təhlükəsizliyin qarantıdır

Türkiyə Milli Təhlükəsizlik Nazirliyi Avropa Parlamentini Kiprlə bağlı bu yaxınlarda çıxardığı qərəzli qətnaməsinə görə qınayıb.

NTV xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyi Kipr türklərinə qarşı törədilən çoxsaylı qanlı cinayətləri xatırladıb.

Nazirliyin açıqlamasında deyilir: “Ayvasil, Murataq, Sandallar, Atlılar və Kiprin digər bölgələrində türklərə qarşı törədilən qırğınları görməzdən gələnlərin indi Türkiyə Silahlı Qüvvələrini günahlandırmağa çalışması tragikomikdir. Türkiyənin hərbi mövcudluğu yarım əsrdən çoxdur ki, adada sülhün, təhlükəsizliyin və sabitliyin qarantıdır”.

Türkiyə Müdafiə Nazirliyi Avropa Parlamentinin 1974-cü ildə Kiprdə sülhməramlı əməliyyat kontekstində irəli sürdüyü “əsassız, məntiqsiz və rüsvayçı ittihamları” qətiyyətlə rədd edib: “Türkiyə ordusunun hərəkətləri sistematik hücumlar, qırğınlar və məcburi köçkünlük fonunda Kipr türklərini məhv olmaqdan xilas etdi”.

Milli Müdafiə Nazirliyi vurğulayıb: “Avropa Parlamentinin qətnaməsi Türkiyə əleyhinə təbliğata əsaslanan qeyri-sağlam düşüncənin və qərəzliliyin açıq təzahürüdür”. Bəyanatda 1963-cü ildən bəri Kiprdə EOKA terrorçuları tərəfindən 103 türk kəndinin dağıdılması və təxminən 30 min Kipr türkünün evlərindən didərgin salınması xatırladılıb.

“Ankara Kipr türk xalqının təhlükəsizliyini təmin etməyə davam edəcək. Türkiyə Silahlı Qüvvələri Kipr türklərinin təhlükəsizliyinə qarşı yönəlmiş hər hansı düşmənçilik hərəkətinə adekvat cavab verməkdə qərarlıdır”, - deyə nazirlik əmin edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM