satellite   Azerspace-1: 11135 H 30000

Üç ölkə Şimali Koreyaya qarşı əməkdaşlığı gücləndirəcək

Üç ölkə Şimali Koreyaya qarşı əməkdaşlığı gücləndirəcək

Yaponiya, ABŞ və Cənubi Koreyanın müdafiə rəisləri Şimali Koreyanın nüvə və raket təhdidlərinə qarşı əməkdaşlığın gücləndirilməsinin vacibliyini bir daha təsdiqləyiblər.

NTV Kyodo informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Yaponiya Müdafiə Nazirliyinin Birləşmiş Qərargahı məlumat yayıb. Qeyd edilib ki, Vaşinqtonda keçirilən üçtərəfli görüşdən sonra yayılan birgə bəyanatda tərəflər Şimali Koreyanın tam nüvəsizləşdirilməsi istiqamətində birgə fəaliyyət göstərmək əzmində olduqlarını bildiriblər.

Müdafiə rəisləri, həmçinin illik üçtərəfli hərbi təlimlər də daxil olmaqla, əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər. Növbəti üçtərəfli görüşün gələn il Yaponiyada keçiriləcəyi açıqlanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM