satellite   Azerspace-1: 11135 H 30000

Liviya sahilləri yaxınlığında qayıq aşıb, 50-yə yaxın miqrant itkin düşüb

Liviya sahilləri yaxınlığında qayıq aşıb, 50-yə yaxın miqrant itkin düşüb

Liviyanın şərq sahilləri yaxınlığında mühacirləri daşıyan qayığın aşması nəticəsində 50-yə yaxın insan itkin düşüb.

NTV “əş-Şarq əl-Avsət” nəşrinə istinadla xəbər verir ki, Avropa istiqamətində üzən qayıqda aralarında uşaq və qadınların da olduğu 60 miqrant var imiş.

Hadisə Liviyanın Bərdəa adası yaxınlığında baş verib. Batanlardan on nəfər xilas olaraq adaya gəlib. Liviya sahil mühafizə qüvvələrinin axtarış-xilasetmə əməliyyatlarını davam etdirdiyi bildirilir.

Xatırladaq ki, ötən ay Liviya sahilləri yaxınlığında qayığın batması nəticəsində 51 miqrant itkin düşmüşdü. Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, ümumiyyətlə, yanvarın 1-dən mayın 16-dək bu istiqamətdə 800-dən çox miqrant ölümü qeydə alınıb. Ötən il bu yolda ölən və ya itkin düşənlərin sayı 1300 nəfərdən çox olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM