Çexlərin əksəriyyəti NATO-nun son sammiti zamanı ortaya çıxan fikir ayrılıqlarını mənfi qiymətləndirib.
NTV xəbər verir ki, STEM agentliyinin iyun ayında apardığı sorğunun nəticələrinə görə, respondentlərin 71 faizi Avropa müttəfiqləri ilə ABŞ Prezidenti Donald Tramp arasında Alyans liderlərinin görüşü zamanı ortaya çıxan fikir ayrılığından təəssüflənib. Sorğu iştirakçılarının yalnız 18 faizi əks fikirdə olub, qalanları isə qərarsız qalıb. Sosioloqlar qeyd edirlər ki, ictimai rəy çexlərin transatlantik əməkdaşlığın və NATO birliyinin gələcəyi ilə bağlı narahatlığını əks etdirir.
Sorğunun nəticələri, həmçinin Avropa dövlətləri ilə ABŞ arasında kollektiv təhlükəsizlik və müdafiə məsələləri üzrə sıx əməkdaşlığın qorunub saxlanmasına yüksək dəstəyin olduğunu göstərir.
