satellite   Azerspace-1: 11135 H 30000

Peskov: Rusiya Azərbaycanla münasibətləri inkişaf etdirmək niyyətindədir

Peskov: Rusiya Azərbaycanla münasibətləri inkişaf etdirmək niyyətindədir

Ukrayna məsələsi ilə bağlı mövcud fikir ayrılıqlarına baxmayaraq, Rusiya Azərbaycanla münasibətləri hərtərəfli inkişaf etdirmək niyyətindədir.

NTV xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.

Onun sözlərinə görə, Moskva Bakı ilə münasibətlərində praqmatik yanaşmanı qoruyub saxlayır.

“İnanırıq ki, münasibətlərimizi, xüsusən də Azərbaycan kimi ölkə ilə hərtərəfli inkişaf etdirməliyik”, - deyə Peskov bildirib.

Azərbaycan Prezidenti İlham Əliyevin Ukrayna münaqişəsi ilə bağlı mövqeyini şərh edən Kremlin sözçüsü qeyd edib ki, bu, iki ölkə arasında fikir ayrılığı yaradan məqamdır. Lakin o, bu cür fikir ayrılıqlarının ikitərəfli münasibətlərə mənfi təsir göstərməməli olduğunu vurğulayıb.

Peskovun sözlərinə görə, Rusiyanın Ukrayna münaqişəsi ilə bağlı Rusiyadan fərqli mövqe tutan bir sıra ölkələrlə sıx əlaqələri var.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM