Monqolustanda bubonik vəba təhlükəsi ilə bağlı xəbərdarlıq edilib.
NTV Sinxua agentliyinə istinadla xəbər verir ki, bu barədə Monqolustanın Milli Zoonoz Xəstəliklər Mərkəzi məlumat yayıb. Bildirilib ki, ölkənin 21 əyalətindən 17-si hazırda bubonik vəba riski altındadır. Yay mövsümündə insanların kənd yerlərinə üz tutması və bəzi hallarda qanunsuz ovlanan marmot ətinin istehlakı yoluxma riskini artırır.
Ümumdünya Səhiyyə Təşkilatı bubonik vəbanın vəhşi gəmiricilərdə yaşayan birələr vasitəsilə yayılan bakterial xəstəlik olduğunu, vaxtında müalicə edilmədiyi təqdirdə isə 24 saat ərzində ölümcül ola biləcəyini bildirib.
