satellite   Azerspace-1: 11135 H 30000

Beynəlxalq Cinayət Məhkəməsinin gələcəyi ilə bağlı ABŞ ilə BMT arasında mübahisə qızışır

Beynəlxalq Cinayət Məhkəməsinin gələcəyi ilə bağlı ABŞ ilə BMT arasında mübahisə qızışır

Birləşmiş Millətlər Təşkilatı Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) ləğv edilməsi tələbləri fonunda onun ağır cinayətlərə görə cəzasızlığa son qoymaq uğrunda qlobal mübarizədə mühüm rolunu dəstəkləyib.

NTV xəbər verir ki, BMT-nin sözçüsü Stefan Dujarrik ABŞ dövlət katibi Marko Rubionun fərdləri soyqırımı, müharibə cinayətləri, insanlığa qarşı cinayətlər və təcavüz cinayətlərinə görə mühakimə edən BCM-i ləğv etmək təklifinə Baş katib Antonio Quterreşin münasibətini bildirib.

O deyib: “BCM katiblikdən və BMT-dən ayrı bir təşkilat olsa da, bizim üçün beynəlxalq ədalət sistemində mühüm bir amil olaraq qalır. Onun fəaliyyəti çoxlu sayda üzv dövlət tərəfindən dəstəklənir və ağır cinayətlərə görə məsuliyyət daşımağa kömək edir.

Sözçü qeyd edib ki, ABŞ Niderlandın Haaqa şəhərində yerləşən BCM-i təsis edən 1998-ci il Roma Statutu müqaviləsinin tərəfi deyil.

Marko Rubio “The Wall Street Journal” qəzetində dərc olunmuş rəy məqaləsində suverenlik və müstəqilliyi vurğulayaraq planlarını açıqlayıb. O yazıb: “Amerika heç vaxt öz məhkəmələrimizi və Konstitusiyamızı ləğv edə biləcək bir dünya tribunalına razı olmayıb”.

Bu mübahisə ötən il Vaşinqtonun ABŞ qüvvələrinin Əfqanıstanda və İsrailin Qəzzada törətdiyi iddia edilən müharibə cinayətlərini araşdırmaq səyləri ilə əlaqədar olaraq hakimlər, prokuror və prokuror müavinləri də daxil olmaqla doqquz Beynəlxalq Cinayət Məhkəməsi əməkdaşına sanksiyalar tətbiq etməsindən sonra baş verib.

Rubio vurğulayıb: “Müstəqillik bizim təbii haqqımızdır və ABŞ onu öz-özünə təyin olunmuş “beynəlxalq hüquq” keşişinin hakimiyyəti ilə dəyişdirmək niyyətində deyil”.

BMT sözçüsü isə buna cavabında deyib: “Beynəlxalq hüquq, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi, İnsan Hüquqları üzrə Ümumdünya Bəyannaməsi suveren üzv dövlətlər tərəfindən yaradılıb. Onlar milyonlarla insana rahatlıq gətirdi və Baş katibin tez-tez dediyi kimi, hazırda təhdid və hücum altındadır”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM