satellite   Azerspace-1: 11135 H 30000

Qazaxıstan Silahlı Qüvvələrində təxminən 7 min qadın xidmət edir

Qazaxıstan Silahlı Qüvvələrində təxminən 7 min qadın xidmət edir

Qazaxıstan Silahlı Qüvvələrində təxminən 7 min qadın hərbi xidmət keçir.

NTV bu ölkənin Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, onların sırasında təxminən min zabit və 6 mindən çox müqaviləli hərbi qulluqçu var. Hazırda 11 qadın rəhbər vəzifələrdə çalışır.

Qadınlar Silahlı Qüvvələrin, demək olar ki, bütün qoşun növlərində xidmət edirlər. Onlar tibb işçiləri, psixoloqlar, maliyyəçilər, hüquqşünaslar, rabitə mütəxəssisləri, kadr zabitləri, logistika və informasiya texnologiyaları sahələrində fəaliyyət göstərirlər.

Bundan əlavə, qadın hərbçilər döyüş təminatı bölmələrində xidmət edir, qərargah zabiti və təlimatçı kimi çalışır, pilot, snayper və xüsusi təyinatlı kimi ixtisaslar üzrə hazırlıq keçirlər. Onlar paraşütlə tullanma təlimlərində iştirak edir, pilotsuz uçuş aparatlarının yığılması və idarə olunması, eləcə də Silahlı Qüvvələrin döyüş hazırlığının təmin edilməsi ilə bağlı tapşırıqları yerinə yetirirlər.

Müdafiə Nazirliyi bildirib ki, mövcud qanunvericiliyə əsasən qadınların hərbi xidmətə məcburi çağırılması nəzərdə tutulmur. Belə bir qaydanın tətbiqi məsələsi hazırda gündəmdə deyil.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM