satellite   Azerspace-1: 11135 H 30000

Fransanın Fontenblo meşəsində yanğın bir həftədən çoxdur davam edir

Fransanın Fontenblo meşəsində yanğın bir həftədən çoxdur davam edir

Fransada Parisdən təxminən 60 kilometr cənub-şərqdə yerləşən məşhur Fontenblo meşəsində yanğın bir həftədən çoxdur davam edir.

NTV-nin  yerli BFM TV telekanalına istinadən məlumatına görə, yanğınla 500-dən çox insan mübarizə aparır.

Daxili işlər naziri Loran Nunyes Paris regionu üçün misli görünməmiş aviasiya ehtiyatlarının yanğını söndürmək üçün səfərbər olunduğunu, lakin iyulun 13-də axşama qədər yanğının artıq 1 300 hektar ərazini əhatə etdiyini açıqlayıb. "Təəssüf ki, əsas yanğından beş kilometr aralıda ikinci yanğın başlayıb və artıq 100 hektardan çox əraziyə yayılıb", - o qeyd edib.

Yanğını qəsdən törətməkdə şübhəli bilinən iki nəfər həbs edilib.

Xatırladaq ki, yanğın ötən bazar günü başlayıb və onu söndürmək səyləri güclü külək və torflu torpaq səbəbindən çətinləşir. Yerli hakimiyyət orqanları sakinləri yaxınlıqdakı yaşayış məntəqələrindən təxliyə edir.

Yanğının yayılması bir neçə yolun bağlanmasına və dəmir yolu nəqliyyatının sıradan çıxmasına səbəb olub. "France 24" telekanalı daha əvvəl yanğının meşənin təxminən 5 %-ni məhv etdiyini bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM