satellite   Azerspace-1: 11135 H 30000

Almaniyada aviabiletlərin qiyməti ilin birinci yarısında xeyli bahalaşıb

Almaniyada aviabiletlərin qiyməti ilin birinci yarısında xeyli bahalaşıb

İlin birinci yarısında Almaniyada aviabiletlərin qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə nəzərəçarpacaq dərəcədə artıb.

NTV xəbər verir ki, Federal Statistika İdarəsinin məlumatında beynəlxalq reyslər üzrə aviabiletlərin qiymətinin orta hesabla 8,5 faiz, ölkədaxili uçuşlarda isə 9,5 faiz bahalaşdığı qeyd olunub. Ən yüksək qiymət artımı Mərkəzi Amerikaya ekonom sinif reyslərdə (12,5 faiz) və Avropa ölkələrinə uçuşlarda (11,5 faiz) qeydə alınıb. Asiya və Avstraliya istiqamətində biletlər 4,9 faiz, Şimali Amerikaya uçuşlar isə 3,7 faiz bahalaşdığı halda Afrikaya aviabiletlərin qiyməti 12 faiz ucuzlaşıb. Xaricə paket turların qiyməti orta hesabla 3 faiz, Almaniya daxilində təşkil olunan turlar isə 2,8 faiz bahalaşıb.

Aviabiletlərin bahalaşması İran müharibəsi zamanı Hörmüz boğazının müvəqqəti blokadası nəticəsində aviasiya yanacağının qiymətinin yüksəlməsi, aviaşirkətlərin tarifləri artırması və bəzi marşrutları dayandırması, eləcə də Almaniyada tətbiq olunan yüksək vergi və rüsumlarla əlaqələndirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM