satellite   Azerspace-1: 11135 H 30000

Media: Ərdoğan NATO sammitində Trampa xüsusi qızılı revolver hədiyyə edib

Media: Ərdoğan NATO sammitində Trampa xüsusi qızılı revolver hədiyyə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən həftə Donald Trampın NATO sammiti üçün Ankaraya səfəri zamanı ona qızılı, fərdiləşdirilmiş revolver və döyüş sursatı dəsti hədiyyə edib.

NTV xəbər verir ki, bu barədə "Middle East Eye" nəşrinə bir neçə mənbə bildirib.

Həmsöhbətlərin sözlərinə görə, Ərdoğan sammitdə iştirak edən bütün NATO ölkələrinin liderlərinə oxşar fərdiləşdirilmiş revolverlər hədiyyə edib. Lakin yalnız Tramp üçün nəzərdə tutulmuş nüsxənin qızıl örtüyü olub.

Hədiyyə Ərdoğanla Tramp arasında münasibətlərin nəzərəçarpacaq dərəcədə yaxınlaşması fonunda təqdim edilib.

Xatırladaq ki, NATO ölkələrinin dövlət və hökumət başçılarının 36-cı sammiti 2026-cı il iyulun 7-8-də Ankarada keçirilib. Bu, alyansın Türkiyədə təşkil edilən ikinci sammiti (birincisi 2004-cü ildə İstanbulda baş tutub) olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM