satellite   Azerspace-1: 11135 H 30000

Litva parlamentinə nüvə silahına qadağanın ləğvi ilə bağlı qanun layihəsi təqdim edilib

Litva parlamentinə nüvə silahına qadağanın ləğvi ilə bağlı qanun layihəsi təqdim edilib

Litva Seymi (parlament) nüvə silahının ölkə ərazisində yerləşdirilməsinə qoyulan qadağanı ləğv edən qanun layihəsini qeydiyyata alıb.

NTV  xəbər verir ki, bu barədə qanunverici orqanın katibliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, qanun layihəsi 50 deputatın dəstəyini qazanıb, bu da onun qeydiyyatı üçün kifayətdir.

Layihə ölkə konstitusiyasının Litva ərazisində kütləvi qırğın silahlarının yerləşdirilməsini qadağan edən 137-ci maddəsinin çıxarılmasını nəzərdə tutur.

Bir müddət öncə Litva Prezidenti Gitanas Nauseda Baş nazir, müdafiə naziri, Seym sədri və parlament fraksiyalarının rəhbərləri ilə görüş keçirib. İştirakçılar sözügedən konstitusiya qadağasının ləğvi planını dəstəkləyiblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM