satellite   Azerspace-1: 11135 H 30000

Bu gündən magistraturaya xüsusi qabiliyyət imtahanları üçün qeydiyyat başlayır

Bu gündən magistraturaya xüsusi qabiliyyət imtahanları üçün qeydiyyat başlayır

Bu gündən ali təhsil müəssisələrinin magistratura səviyyəsinin 68 (Musiqi sənəti istiqaməti), 69 (Teatr, kino və xoreoqrafiya sənəti istiqaməti) və 70 (Təsviri sənət istiqaməti) saylı proqramlarına aid xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrların qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyat başlayıb.

Dövlət İmtahan Mərkəzindən NTV-yə  verilən məlumata görə, qeydiyyat prosesi iyulun 8-i saat 15:00-dək aparılacaq.

Qeydiyyatdan keçən bakalavrlar iyulun 10-dan etibarən DİM-in internet saytına daxil olaraq "Bakalavrın imtahana buraxılış vərəqəsi"ni çap edə biləcəklər.

Yekun balı eyni olan iki və daha çox bakalavrı bir-birindən fərqləndirmək məqsədilə aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilərdən istifadə edilir:

–magistraturaya qəbul imtahanında toplanılan bal;

–ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG);

–ümumi intellekt səviyyəsini (məntiqi təfəkkürü) yoxlayan testdən toplanılan bal;

–xarici dil üzrə testdən toplanılan bal.

Bakalavrlar qabiliyyət imtahanında aşağıdakı sənədləri təqdim etməlidirlər:

– şəxsiyyətini təsdiq edən sənədi;

– "Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi"ni;

– Musiqi sənəti və Teatr, kino və xoreoqrafiya sənəti istiqamətləri üzrə proqram formasını.

Qeyd olunan sənədlərdən biri olmayan və ya sənədləri arasında uyğunsuzluq olan bakalavr imtahana buraxılmır.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM