satellite   Azerspace-1: 11135 H 30000

Tokayev dünyadakı mürəkkəb geosiyasi vəziyyət şəraitində türk ölkələrini birliyə çağırıb

Tokayev dünyadakı mürəkkəb geosiyasi vəziyyət şəraitində türk ölkələrini birliyə çağırıb

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev mürəkkəb geosiyasi vəziyyət şəraitində türkdilli ölkələri iqtisadi əməkdaşlığı gücləndirməyə çağırıb.

NTV xəbər verir ki, Tokayev bunu Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə bəyan edib.

"Biz son dərəcə mürəkkəb və qeyri-sabit geosiyasi dövrdə yaşayırıq. Dünyada və regionda müxtəlif təhdidlər - silahlı münaqişələr, müharibələr və böhranlar güclənir. Bunun dünya iqtisadiyyatına nə qədər mənfi təsir göstərdiyini hamımız görürük", - K.Tokayev bildirib.

Onun sözlərinə görə, Yaxın Şərqdəki vəziyyətin nəticələri "artıq bizim ölkələrimizdə də hiss olunur".

"Belə şəraitdə türk dövlətlərinin birliyi xüsusilə vacibdir, çünki bizim ortaq tarixi və mənəvi köklərimiz var. Bu gün türk ölkələri qlobal tendensiyaları nəzərə alaraq iqtisadiyyat və investisiyalar sahələrində əməkdaşlığı gücləndirməli, ortaq maraqlar naminə səylərini birləşdirməlidirlər", - K.Tokayev vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM