Çin Sədri Si Cinpinin xüsusi nümayəndəsi, Çin Komunist Partiyasının Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü və Çin Dövlət Şurasının Baş nazirin müavini Çjan Qotsin Azərbaycana səfər edəcək.
Bu barədə NTV Çin Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir.
Səfər 17-18 may tarixlərində Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) Liderlər Sammitində iştirak etmək üçün baş tutacaq.
