Maldiv adalarındakı mağaralarda dayvinq zamanı beş İtaliya vətəndaşı həlak olub.
NTV "Sinxua" agentliyinə istinadən xəbər verir ki, bu barədə Maldiv adalarının turizm və mülki aviasiya naziri Məhəmməd Amin sosial şəbəkələrdə bildirib.
Onun sözlərinə görə, axtarış işlərinə helikopterlər və qayıqlar cəlb olunub.
İtaliya Xarici İşlər Nazirliyindən bildirilib ki, dayverlər mağaraları tədqiq etməyə cəhd edərkən həlak olublar.
"Maldiv adalarındakı Vaavu atollunda akvalanqla sualtı ekskursiya zamanı baş vermiş hadisə nəticəsində beş İtaliya vətəndaşı həlak olub", - məlumatda qeyd olunub.
