satellite   Azerspace-1: 11135 H 30000

Çin Hörmüz boğazında sərbəst naviqasiyanın tərəfdarıdır

Çin Hörmüz boğazında sərbəst naviqasiyanın tərəfdarıdır

Çin Hörmüz boğazında gəmiçiliyin sərbəst və maneəsiz həyata keçirilməsində maraqlı olduğunu bildirib.

NTV xəbər verir ki, bu barədə ABŞ-ın ticarət nümayəndəsi Ceymison Qrir “Bloomberg TV”yə müsahibəsində danışıb.

Onun sözlərinə görə, Pekin boğazın hərbi nəzarət və əlavə ödənişlər olmadan açıq qalmasını vacib hesab edir.

Qrir, həmçinin Çinin İrana münasibətini “praqmatik yanaşma” kimi qiymətləndirərək bildirib ki, Pekin regionda sülhün qorunmasında maraqlıdır.

Bundan əvvəl Çinin BMT-dəki daimi nümayəndəsi Fu Konq Pekinin İranla hərbi əməkdaşlıq etdiyi barədə iddiaları rədd edib və Çin tərəfinin İran xalqının vəziyyətinə rəğbətlə yanaşdığını vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM