satellite   Azerspace-1: 11135 H 30000

Pakistanın Baş naziri Azərbaycanın ədliyyə nazirini qəbul edib

Pakistanın Baş naziri Azərbaycanın ədliyyə nazirini qəbul edib

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif bu ölkəyə səfəri çərçivəsində Azərbaycanın ədliyyə naziri Fərid Əhmədovu qəbul edib.

Bu barədə NTV-yə Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Fərid Əhmədov ilk növbədə Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını Pakistanın Baş nazirinə çatdırıb. Məhəmməd Şahbaz Şərif də öz növbəsində salamlarını və dərin ehtiramını Azərbaycanın dövlət başçısına çatdırmağı xahiş edib.

Görüş zamanı Azərbaycan ilə Pakistan arasında dostluq və qardaşlıq münasibətlərinin tarixi, mədəni və dini bağlılıqlara əsaslandığı, eyni zamanda, bütün istiqamətlər üzrə strateji tərəfdaşlıq səviyyəsində inkişaf etdiyi vurğulanıb.

Görüşdə Azərbaycanın Ədliyyə Nazirliyi ilə Pakistanın Federal Hüquq və Ədliyyə Nazirliyi arasında son iki ildə imzalanmış Əməkdaşlıq Memorandumu və Əməkdaşlıq Proqramı çərçivəsində tərəflər arasında qarşılıqlı təcrübə mübadiləsi üzrə tədbirlərin həyata keçirildiyi bildirilib. İki ölkə arasında imzalanmış hüquqi sənədlərin münasibətlərin inkişafına mühüm töhfə verdiyi qeyd edilib.

Ölkələr arasında hüquqi yardım və ekstradisiya sahəsində səmərəli əməkdaşlıq müzakirə olunub. Həmçinin hüquq və ədliyyə sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi imkanlarının mövcud olduğu vurğulanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM