satellite   Azerspace-1: 11135 H 30000

Ərdoğan: Orta Dəhlizin əhəmiyyəti artmaqda davam edir

Ərdoğan: Orta Dəhlizin əhəmiyyəti artmaqda davam edir

Xəzər dənizindən keçən və İpək Yolunun müasir analoqu olan Orta Dəhlizin əhəmiyyəti artmaqda davam edir.

NTV-nin  Akordaya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Astanada qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayev ilə birgə mətbuat konfransında bəyan edib.

Ərdoğanın sözlərinə görə, Türkiyə Qazaxıstan və digər tərəfdaşlarla birlikdə yükdaşımaların genişləndirilməsi üçün marşrutun inkişafını stimullaşdırmağa davam edəcək.

O, həmçinin Aralıq dənizindən Mərkəzi Asiyaya qədər məkanda ölkələr arasında əlaqələri "dildə, düşüncədə və əməldə birlik şüarı altında" yeni səviyyəyə çıxarmaq niyyətini bəyan edib.

Türkiyə lideri tərəflərin iki ölkənin işgüzar dairələri arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi istiqamətində işi davam etdirmək niyyətində olduqlarını qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM