satellite   Azerspace-1: 11135 H 30000

Tramp Si Cinpini ABŞ-yə səfərə dəvət edib

Tramp Si Cinpini ABŞ-yə səfərə dəvət edib

ABŞ Prezidenti Donald Tramp Çin Sədri Si Cinpini sentyabrın 24-də Vaşinqtona səfərə dəvət edib.

NTV xarici mediaya istinadən xəbər verir ki, o bunu Si Cinpinin Pekində Trampın şərəfinə verdiyi ziyafətdə söyləyib.

"Sizə və xanım Penqə (Penq Liyuan - Si Cinpinin həyat yoldaşı) sentyabrın 24-də bizi (ABŞ - red.) ziyarət etmək üçün dəvət göndərmək şərəfinə malikəm", - Tramp bildirib.

Tramp həmçinin qeyd edib ki, bu gün tərəflər çox məhsuldar danışıqlar aparıb, liderlərin bir çox müxtəlif məsələləri müzakirə etmək üçün "dəyərli" imkanları olub.

Tramp əlavə edib ki, Çində onu "möhtəşəm" qarşılayıblar.

Qeyd edək ki, Tramp mayın 13-15-də Çinə səfər edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM