satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna dronları Donetskdə Rusiya FTX-nin komanda məntəqəsini məhv edib

Ukrayna dronları Donetskdə Rusiya FTX-nin komanda məntəqəsini məhv edib

Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələri aprelin 22-si səhər saatlarında müvəqqəti işğal altında olan Donetskdə Rusiya Federal Təhlükəsizlik Xidmətinin Mobil Əməliyyatlar İdarəsinin komanda və arxa təminat dislokasiya məntəqəsini məhv edib.

NTV xəbər verir ki, bu barədə Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi “Facebook”da məlumat yayıb.

“FTX-nin Mobil Əməliyyatlar İdarəsi Rusiya Əks-Kəşfiyyat Xidmətinin tərkibinə daxil olan operativ özəl bölmədir və funksional olaraq ayrı-ayrı əməliyyatları, müharibə tapşırıqlarını yerinə yetirən xüsusi təyinatlı qüvvə kimi fəaliyyət göstərir”, – deyə Brovdi bildirib.

Mobil Əməliyyatlar İdarəsi əks-kəşfiyyat tapşırıqlarını yerinə yetirir, diversiyalar və xüsusi hərbi əməliyyatlar həyata keçirir, agentura şəbəkələri yaradır, loyal olmayan vətəndaşların axtarışını və saxlanılmasını, o cümlədən rəqiblərin fiziki cəhətdən aradan götürülməsini və Rusiyapərəst silahlı qrupların koordinasiyasını həyata keçirir.

Ukrayna ərazisində Mobil Əməliyyatlar İdarəsi əməkdaşlığa cəlbetmə işi aparır, agentura şəbəkəsi isə terror aktları, diversiyalar və yanğınlar təşkil edir.

Aprelin 22-də uğurla həyata keçirilən əməliyyat nəticəsində Pilotsuz Sistemlər Qüvvələri FP-2 vasitələri ilə səkkiz yüksək dəqiqliyə malik zərbə endirib.

Kəşfiyyatın operativ məlumatına görə, zərbə nəticəsində düşmənin 27 xüsusi təyinatlısı məhv edilib.

Əməliyyat Pilotsuz Sistemlər Qüvvələrinin Dərin Zərbə Mərkəzinin mütəxəssisləri tərəfindən Ukrayna Milli Qvardiyasının 1-ci korpusunun hərbçiləri ilə birlikdə planlaşdırılıb. Atəş zərbəsi “MiddleStrike” vasitələri ilə həyata keçirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM