satellite   Azerspace-1: 11135 H 30000

Kreml: Yaxın Şərq böhranına baxmayaraq, OPEC+ hasilatda dəyişikliyi nəzərdə tutmur

Kreml: Yaxın Şərq böhranına baxmayaraq, OPEC+ hasilatda dəyişikliyi nəzərdə tutmur

Kremlin sözçüsü Dmitri Peskov cümə axşamı bildirib ki, OPEC+ çərçivəsində neft hasilatının həcmini dəyişdirmək üçün heç bir təşəbbüs hazırda gündəmdə deyil.

NTV Rusiya mediasına istinadla xəbər verir ki, Moskvada keçirilən mətbuat brifinqində neft hasil edən ölkələrin koalisiyasının Yaxın Şərq böhranı fonunda istehsalı tənzimləməyi planlaşdırması barədə sualı cavablandıran Peskov neftə tələbatın artdığını bildirib. O əlavə edib: “Bildiyiniz kimi, hazırda qiymətlərin sabitləşdirilməsinə və böhranın qlobal enerji sektoru üçün nəticələrinin minimuma endirilməsinə öz töhfəmizi veririk. Rusiya neft tədarükünü davam etdirir. Tələbat artır, bazarda təklif olunan neftin həcmi isə artmır - əksinə, azalır”.

Kremlin sözçüsü OPEC+ koalisiyasının bu məsələdə mövqeyi ilə bağlı suala cavabında bildirib: “Hazırda gündəmdə başqa heç bir təşəbbüs yoxdur”.

Rusiyanın Dağıstan bölgəsindəki daşqınlarla bağlı şərh verməkdən imtina edən Peskov Prezident Vladimir Putinin hakimiyyət orqanlarına sakinlərə mənzillərinin bərpasına kömək etməyi tapşırdığını bildirib.

Rusiyanın ABŞ-də keçiriləcək G20 sammitində iştirakına gəldikdə isə, o, ölkəni kimin təmsil edəcəyi ilə bağlı hələlik qərar verilmədiyini deyib. “G20 yolunda işlər davam edir. Zirvə görüşünə yaxınlaşdıqca, iştirakımızın formatı ilə bağlı qərar veriləcək”, - deyə Peskov bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM