satellite   Azerspace-1: 11135 H 30000

Trans-Xəzər marşrutu boyunca tranzit həcmi son beş ildə üç dəfə artıb - FOTOLAR

Trans-Xəzər marşrutu boyunca tranzit həcmi son beş ildə üç dəfə artıb<font color=red> - FOTOLAR</font> Trans-Xəzər marşrutu boyunca tranzit həcmi son beş ildə üç dəfə artıb<font color=red> - FOTOLAR</font> Trans-Xəzər marşrutu boyunca tranzit həcmi son beş ildə üç dəfə artıb<font color=red> - FOTOLAR</font>

Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TITR) boyunca tranzit həcmi son beş ildə üç dəfə artıb və 2030-cu ilə qədər onun 300 min konteynerə çatacağı gözlənilir.

NTV Qazaxıstan Respublikası Nəqliyyat Nazirliyinə istinadla xəbər verir ki, bu barədə nazirliyin Dəmir Yolu və Su Nəqliyyatı Komitəsinin sədri Nurjan Kelbuqanov Manqistau bölgəsinə işgüzar səfəri zamanı məlumat verib.

O, səfər əsnasında dəniz infrastrukturunun və ticarət donanmasının inkişafı layihələrinin gedişatını nəzərdən keçirib, dəniz terminallarını ziyarət edib və gəmiçilik şirkətlərinin rəhbərləri ilə görüşüb. Görüşlər zamanı Orta Dəhlizin inkişafı üçün strateji məqsədlər müzakirə olunub.

Bu günə qədər Aktau limanında konteyner mərkəzi və gəmi hərəkətinin idarə edilməsi sisteminin (GHİ) tikintisi, Kurık limanında suların dərinləşdirilməsi və 1 nömrəli körpünün modernləşdirilməsi, eləcə də limanda yolkənarı xidmətlərin yaradılması layihələri başa çatdırılıb.

Bu ilin sonuna qədər Aktau limanının və Kurık limanında Ersay terminalının dərinləşdirilməsi işlərinin, eləcə də Ersay konteyner terminalının tikintisinin, Kurık limanında 2, 4 və 5 nömrəli körpülərin modernləşdirilməsinin, yedək gəmilərinin alınmasının və rəqəmsal həllərin TITR vahid rəqəmsal mühitinə inteqrasiyası ilə tətbiqinin başa çatdırılması planlaşdırılır.

Bu layihələrin həyata keçirilməsi liman infrastrukturunun tutumunu artıracaq və Qazaxıstanın Trans-Xəzər marşrutunda əsas tranzit mərkəzi kimi mövqeyini gücləndirəcək.

Xatırladaq ki, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Çini Avropa ölkələri ilə birləşdirir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM