satellite   Azerspace-1: 11135 H 30000

ABŞ-də kimya zavodunda baş verən qaz sızması iki nəfərin ölümünə səbəb olub

ABŞ-də kimya zavodunda baş verən qaz sızması iki nəfərin ölümünə səbəb olub

ABŞ-nin Qərbi Virciniya ştatında kimya zavodunda baş verən qaz sızması iki nəfərin ölümünə səbəb olub.

NTV xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb. Nəşrin məlumatına görə, "Catalyst Refiners" zavodunda qismən bağlanmaya hazırlıq işləri zamanı qəza baş verib. Zavodun ərazisində saxlanılan qablarda azot turşusu ilə kimyəvi reaksiya baş verib və nəticədə zəhərli hidrogen sulfid qazı əmələ gəlib. 30-dan çox insan zəhərlənib, onlardan ikisi ölüb. Öskürək, nəfəs darlığı, boğaz ağrısı və göz qıcıqlanmasından şikayətlənən zərərçəkənlər təcili yardım şöbəsinə aparılıblar. Onlardan birinin vəziyyəti ağırdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM