satellite   Azerspace-1: 11135 H 30000

Avstraliya kəşfiyyat təyyarəsinin məlumatlarını ABŞ-yə yalnız müdafiə üçün verdiyini bildirib

Avstraliya kəşfiyyat təyyarəsinin məlumatlarını ABŞ-yə yalnız müdafiə üçün verdiyini bildirib

Avstraliyanın "E-7A Wedgetail" kəşfiyyat təyyarəsindən alınan məlumatlar ABŞ-nin iştirak etdiyi Birləşmiş hava əməliyyatları Mərkəzinə daxil olur və yalnız müdafiə məqsədləri üçün istifadə edilir.

NTV xəbər verir ki, bu barədə Avstraliya Baş nazirinin müavini və müdafiə naziri Riçard Marls "ABC News" radiostansiyasına müsahibəsində bildirib.

"ABŞ Birləşmiş hava əməliyyatları mərkəzində təmsil olunur və məlumatlar məhz ordan daxil olur", - o qeyd edib.

R.Marlsın sözlərinə görə, "E-7A Wedgetail" uzaq mənzilli radar aşkarlama təyyarəsindən alınan məlumatlar Birləşmiş Ərəb Əmirliklərini və digər Fars körfəzi ölkələrini qorumaq üçün hərəkətləri əlaqələndirmək məqsədilə istifadə olunur.

"Bu, onu tətbiq etməyin yeganə yoludur. Təyyarə müdafiə vəzifəsini yerinə yetirir və hazırda BƏƏ-nin müdafiəsi ilə məşğuldur", - o vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM