NATO-nun dayanıqlığında Türkiyənin etibarlı tətəfdaşlığı böyük rol oynayır və Türkiyə güclü müdafiə qabiliyyəti və sənayesi ilə Avropanın təhlükəsizliyinə daha çox töhfə verə bilər.
NTV-nin məlumatına görə, bunu "NATO-nun Ankara zamanı dayanıqlı bir ittifaq üçün strateji mövqelənmə" adlı tədbirdə Türkiyənin Milli müdafiə naziri Yaşar Gülər bildirib.
O qeyd edib ki, NATO-dakı müttəfiqlər müdafiə xərcləri üzrə öhdəlikləri və onların hərbi baxımdan qarşılarına hansı hədəfləri qoyduqlarını açıqlamalıdırlar.
"Avropa İttifaqının, başda ölkəmiz olmaqla, Aİ-ə üzv olmayan NATO müttəfiqlərini kənarda qoyan yeni təhlükəsizlik yanaşmalarından imtina edərək NATO-nu dəstəkləyən mövqeyə qayıtmasını ümid edirik. Əks halda, bu yanaşmanın Avropanın təhlükəsizliyinə və dayanıqlığına, eləcə də ABŞ-nin Avropadakı qüvvələrinin azalmasına və bunun daha çox zərər verəcəyini düşünürük".
Y.Gülər bəyan edib ki, Türkiyə güclü müdafiə qabiliyyəti və sənayesi ilə Avropanın təhlükəsizliyinə daha çox töhfə verə bilər:
"Avropada bir çox tərəfdaşımızın bunun fərqində olduğunu bilirik və digərlərinin də bunu düzgün təhlil edərək məntiqli mövqe sərgiləyəcəyinə inanırıq".
