satellite   Azerspace-1: 11135 H 30000

Çin orbitə 21-ci internet peyk qrupunu göndərib

Çin orbitə 21-ci internet peyk qrupunu göndərib

Çin Yerin aşağı orbitinə növbəti internet peyk qrupunu göndərib.

NUHÇIXAN xəbər verir ki, peykləri orbitə aparan “Uzun yürüş-6” daşıyıcı raketinin buraxılışı Şensi əyalətindəki Tayyuan buraxılış məntəqəsində yerli vaxtla səhər saat 3:38-də (Bakı vaxtı ilə 8 aprel 23:38) baş tutub. Raket peykləri planlaşdırılan orbitə çatdırıb.

Bu, internet əlaqəsini təmin edən 21-ci peyk qrupudur. “Starlink”in Çin versiyası hesab olunan kosmik internet sisteminin aşağı orbitlərdə fəaliyyət göstərən təxminən 180 peyki var. Çin dünya miqyasında əhatə dairəsinə malik internet sistemi yaratmaq üçün orbitə təxminən 13 min peyk çıxaracaq.

Qeyd edək ki, Şanxay Kosmik Uçuş Texnologiyaları Akademiyası tərəfindən hazırlanaraq modifikasiya olunmuş "Uzun yürüş -6" raketi tək, qoşa və üst-üstə düşən buraxılışları dəstəkləyir. O, 700 kilometr hündürlükdə günəş-sinxron orbitə ən azı 4,5 ton yük qaldıra bilir. Bu buraxılış "Uzun yürüş" daşıyıcı raket seriyasının 637-ci uçuş missiyasıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Livanda matəm elan olunub

09:46 09.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM