satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanla İğdır arasında sərnişindaşıma xüsusi avtobuslarla həyata keçirilir - FOTOLAR

Naxçıvanla İğdır arasında sərnişindaşıma xüsusi avtobuslarla həyata keçirilir<font color=red> - FOTOLAR</font> Naxçıvanla İğdır arasında sərnişindaşıma xüsusi avtobuslarla həyata keçirilir<font color=red> - FOTOLAR</font> Naxçıvanla İğdır arasında sərnişindaşıma xüsusi avtobuslarla həyata keçirilir<font color=red> - FOTOLAR</font>

Naxçıvan Beynəlxalq Hava Limanında uçuşlar müvəqqəti dayandırılıb. Azərbaycan vətəndaşlarının paytaxtdan Naxçıvana və əks istiqamətə səfərlərini təşkil etmək məqsədilə Bakıdan Türkiyənin İğdır şəhərinə aviareyslər təşkil olunur.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) NTV-yə bildirilib ki, sərnişinlərin İğdır şəhərindən Naxçıvana və əks istiqamətə daşınması isə AYNA tərəfindən xüsusi ayrılmış avtobuslarla ödənişsiz şəkildə həyata keçirilir.

Belə ki, Naxçıvan avtovağzalından İğdır hava limanı və əks istiqamətə daşımalar 7 iritutumlu avtobusla həyata keçirilir. Eyni zamanda, daşımalar üçün ehtiyat nəqliyyat vasitələri də ayrılıb.

İki gün ərzində ümumilikdə 11 reys həyata keçirilib, 450 nəfər Naxçıvandan İğdıra və əks istiqamətə daşınıb. Belə ki, martın 5-də Naxçıvandan İğdıra 4 reyslə 162, İğdırdan Naxçıvana isə 3 reyslə 98 nəfərin daşınması həyata keçirilib. Martın 6-da isə Naxçıvandan İğdıra 4 reyslə 190 nəfər daşınıb. Proses davam etdirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM