Ukraynalılara məxsus heç nə Rusiyaya verilməyəcək.
NTV-nin məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə bir qrup müsəlman ilə iftar süfrəsi arxasında görüşdə bildirib.
O qeyd edib ki, bu sadəcə bir nəfərin deyil, Ukrayna dövlətinin və milyonlarla vətəndaşın prinsipial mövqeyidir:
"Ukraynanın bütövlüyü ölkədə yaşayan bütün millətdən olan vətəndaşların ali marağıdır. Kiyevdən Krıma, Zakarpatiyadan Donetskə bütün vətəndaşlarımızın marağıdır. Biz bütün torpaqlarımızı, Ukraynanın hər bir ərazini, Şərqimizi, Donbası, Kırımımızın hır qarışını dəyərləndiririk".
