Gürcüstanın paytaxtı Tbilisidə "Liberty Bank"ın binasında güclü yanğın baş verib.
NTV bu barədə yerli KİV-ə istinadən xəbər verir.
Məlumata görə, yanğın lift şaxtasında başlayıb. Hadisə yerinə gələn yanğınsöndürənlər alovun qarşısını alıblar, xəsarət alan yoxdur.
"Liberty Bank"ın baş direktoru Beka Qoqiçaişvilinin sözlərinə görə, yanğın ofis otaqlarına zərər vurmayıb.
