satellite   Azerspace-1: 11135 H 30000

Serbiyanın İrandakı səfiri və səfirlik əməkdaşları Azərbaycan vasitəsilə təxliyə olunublar - FOTOLAR

Serbiyanın İrandakı səfiri və səfirlik əməkdaşları Azərbaycan vasitəsilə təxliyə olunublar<font color=red> - FOTOLAR</font> Serbiyanın İrandakı səfiri və səfirlik əməkdaşları Azərbaycan vasitəsilə təxliyə olunublar<font color=red> - FOTOLAR</font> Serbiyanın İrandakı səfiri və səfirlik əməkdaşları Azərbaycan vasitəsilə təxliyə olunublar<font color=red> - FOTOLAR</font>

“Astara" dövlət sərhəd buraxılış məntəqəsində təxliyə prosesi fasiləsiz olaraq davam etdirilir. Sərhədi keçən şəxslərin operativ və təhlükəsiz şəkildə ölkə ərazisinə daxil olmaları təmin edilir. Təxliyə olunan şəxslər üçün zəruri təşkilati və humanitar şərait yaradılıb.

NTV xəbər verir ki, gecə saatlarında Serbiya Respublikasının İran İslam Respublikasındakı səfiri və səfirlik əməkdaşları da Azərbaycan vasitəsilə təxliyə olunublar.

Yaranmış vəziyyəti ilə əlaqədar səfirlik nümayəndələri təxliyə üçün Azərbaycan dövlətinə müraciət ediblər. Azərbaycan tərəfi iki ölkə arasında mövcud dostluq münasibətlərini nəzərə alaraq müraciətə müsbət cavab verib. Gecə saatlarında səfir Damir Kovaçeviç, səfirlik əməkdaşları və onların ailə üzvləri "Astara" dövlət sərhəd buraxılış məntəqəsi vasitəsilə Azərbaycan ərazisinə daxil olublar.

Daha sonra onlar təhlükəsiz şəkildə ölkələrinə yola salınıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM