satellite   Azerspace-1: 11135 H 30000

Avropa İttifaqı: Uzunmüddətli müharibə Yaxın Şərq üçün ağır nəticələr vəd edir

Avropa İttifaqı: Uzunmüddətli müharibə Yaxın Şərq üçün ağır nəticələr vəd edir

Avropa İttifaqı (Aİ) İranda və Yaxın Şərqdə baş verən prosesləri son dərəcə ciddi narahatlıqla izləyir.

NTV xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın Yaxın Şərqdəki vəziyyətlə bağlı İttifaq adından yayımlanan bəyanatında qeyd olunub.

Bəyanatda bildirilib ki, Avropa İttifaqı Aİ-nin təhlükəsizliyini və maraqlarını qorumaqda davam edəcək, zərurət yaranarsa əlavə sanksiyalar tətbiq olunacaq. Aİ ardıcıl olaraq İranı nüvə proqramına son qoymağa, ballistik raket proqramını məhdudlaşdırmağa, regionda və Avropada sabitliyi pozan fəaliyyətlərdən çəkinməyə, həmçinin öz xalqına qarşı zorakılıq və repressiyalara dərhal son verməyə çağırıb.

Eyni zamanda, tərəflərdən maksimum dərəcədə təmkin nümayiş etdirilməsinə, mülki əhalinin qorunmasına və beynəlxalq hüquqa, o cümlədən BMT Nizamnaməsinin prinsiplərinə və beynəlxalq humanitar hüquqa tam riayət olunmasına dair çağırış edilib. Qeyd edilib ki, uzunmüddətli müharibə Yaxın Şərq üçün ağır nəticələr vəd edir. İranın hücumları və regiondakı bir sıra ölkələrin suverenliyinin pozulmasının yolverilməzliyi qeyd olunub, İran ayrı-seçkilik etmədən hərbi zərbələr endirməkdən çəkinməli olduğu vurğulayıb.

Qeyd olunub ki, Aİ İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün gərginliyin azaldılmasına və davamlı həllin tapılmasına yönəlmiş bütün diplomatik səylərə dəstəyini davam etdirəcək. Nüvə təhlükəsizliyinin əsas prioritet olduğu vurğulanaraq bildirilib ki, İranın Beynəlxalq Atom Enerjisi Agentliyi ilə tam əməkdaşlığı, habelə Nüvə Silahlarının Yayılmaması Müqaviləsi və Hərtərəfli Təminatlar Sazişi üzrə hüquqi öhdəliklərinə əməl etməsi mühüm əhəmiyyət daşıyır.

Eyni zamanda, dəniz təhlükəsizliyinin qorunması və gəmiçilik azadlığına hörmətin də xüsusi əhəmiyyət kəsb etdiyi bildirilib. “Aİ və üzv dövlətlər regionda olan Aİ vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün bütün zəruri addımları atır, ehtiyac yaranarsa Aİ Mülki Müdafiə Mexanizmi aktivləşdiriləcək”, - deyə bəyanatda bildirilib.

Həmçinin qeyd olunub ki, İranda baş verən hadisələr Yaxın Şərqi, Avropanı və daha geniş coğrafiyanı, o cümlədən iqtisadi sahədə gözlənilməz nəticələrlə üz-üzə qoya biləcək eskalasiyaya səbəb olmamalıdır. Hörmüz boğazı kimi strateji su yollarında fəaliyyətin pozulmasının qarşısı alınmalıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM