Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xarici İşlər Nazirliyi Tehrandakı səfirliyi bağlayıb və səfiri geri çağırıb.
NTV xəbər verir ki, nazirliyin dərc olunmuş açıqlamasında deyilir: "Birləşmiş Ərəb Əmirlikləri Tehrandakı səfirliyini bağlandığını və İrandakı səfirin, eləcə də diplomatik nümayəndəliyin bütün üzvlərinin geri çağırıldığını elan edir".
Nazirlik bu qərarın İranın BƏƏ ərazisinə endirdiyi zərbələrdən qaynaqlandığını bildirib.
