Türkiyə ABŞ və İsrailin son hücumlarını İranın suverenliyinin pozulması hesab edir.
NTV xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X" sosial media hesabında etdiyi paylaşımda qeyd edib.
Ərdoğan İranın Fars körfəzi ölkələrinə raket və dron hücumlarını da qəbuledilməz adlandırıb: "Problem diplomatik yolla həll olunmasa, region od çənbərinə çevriləcək. Buna icazə verilməməlidir".
Ərdoğan bölgədəki gərginliyə rəğmən, Türkiyənin sərhəd təhlükəsizliyi və hava məkanının müdafiəsində problemlərin olmadığını qeyd edib. "Ordumuz, polisimiz və kəşfiyyatımız ən yüksək səviyyədə tədbirlər görür", - o bildirib.
