İsrailin və Amerika Birləşmiş Ştatlarının İrana hücumu ilə başlayan və İranın üçüncü ölkələri hədəf alması ilə davam edən hadisələr bölgəmizin gələcəyini və qlobal sabitliyi risk altına salır.
NTV xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin bölgədə baş verən son hadisələrlə bağlı bəyanatında bildirilib.
“Beynəlxalq hüquqa zidd və günahsız mülki şəxslərin həyatını təhdid edən hər cür hərəkətdən dərin narahatlıq duyur, zorakılığın artmasına səbəb ola biləcək təxribatları qınayırıq. Tərəfləri hücumlara dərhal son qoymağa çağırırıq. Bölgəmizdəki məsələlərin sülh yolu ilə həll edilməli olduğunu bir daha vurğulayırıq. Türkiyə vasitəçilik məsələsində lazımi dəstəyi verməyə hazırdır”.
Nazirlik bəyanatında əlaqədar ölkələrdə yaşayan Türkiyə vətəndaşlarının təhlükəsizliyinin prioritet olduğunu və bu istiqamətdə bütün zəruri tədbirlərin görüldüyünü vurğulayıb.
