satellite   Azerspace-1: 11135 H 30000

Stiven Uitkoff 2026-cı ilin əvvəlində vəzifəsini tərk edə bilər

Stiven Uitkoff 2026-cı ilin əvvəlində vəzifəsini tərk edə bilər

ABŞ Prezidentinin sülh məsələləri üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff 2026-cı ilin əvvəlində vəzifəsini tərk edə bilər.

NTV xəbər verir ki, bu barədə “Kyiv Post” qəzeti mənbələrinə istinadla məlumat yayıb. Nəşrin yazdığına görə, hətta xüsusi nümayəndə strukturunun özü yanvar ayına kimi ləğv edilə bilər. Avropalıların fikrincə, ən uyğun olmayan vaxtda atıla biləcək bu addım danışıqlarda sabitliyi pozmuş olardı.

“Kyiv Post” qəzeti bir müddət əvvəl onu da bildirmişdi ki, Avropa liderlərinin dekabrın 15-də Berlində Ukrayna üzrə planlaşdırdığı görüşdən ABŞ-ın mümkün imtinası Avropa İttifaqı üçün fəlakətli ssenaridir.

Nəşrin fikrincə, Amerika nümayəndə heyətinin görüşdə iştirakı qeyri-müəyyən olaraq qalır və bu məsələ “Böyük üçlük” ölkələri (Almaniya, Böyük Britaniya və Fransa) ilə Ukrayna arasında ərazi və təhlükəsizlik məsələlərinə dair danışıqlardakı irəliləyişindən asılıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM