satellite   Azerspace-1: 11135 H 30000

Krımda Rusiyanın 5 qırıcısı vurulub

Krımda Rusiyanın 5 qırıcısı vurulub

Ukrayna Krım ərazisində pilotsuz təyyarələrin zərbələri nəticəsində Rusiyanın bir qırıcısının məhv edildiyi və dördünün zədələndiyi barədə məlumat verib.

NTV xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin bəyanatında deyilir.

Bəyanatda qeyd olunub ki, hədəflər işğal olunmuş Krımda "Saki" hərbi aerodromuna gecə zərbə endirilməsi nəticəsində vurulub.
"Bir “Su-30SM” qırıcısı tamamilə məhv edilib, daha biri isə zədələnib. Bundan başqa, üç “Su-24” bombardmançı təyyarəsi vurulub ", - bəyanatda deyilir.

"Saki" aerodromu Qara dənizdə Rusiya aviasiyasının əməliyyatları üçün əsas baza hesab olunur.

Qiymətləndirmələrə görə, bir “Su-30SM” təyyarəsinin dəyəri 35-50 milyon dollar arasında dəyişir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM