satellite   Azerspace-1: 11135 H 30000

Tayvanda güclü yağışlar nəticəsində üç nəfər ölüb, 50 nəfərə yaxın yaralı var

Tayvanda güclü yağışlar nəticəsində üç nəfər ölüb, 50 nəfərə yaxın yaralı var

Tayvanda güclü yağışlar nəticəsində üç nəfər həlak olub, təxminən 50 nəfər xəsarət alıb.

NTV xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

"Cənub-qərb hava axınının təsiri altında Mərkəzi və Cənubi Tayvan bir neçə gündür ki, güclü yağışlardan əziyyət çəkir, nəticədə ən azı üç nəfər həlak olub, 49 nəfər yaralanıb və genişmiqyaslı fəlakətlər baş verib", - məlumatda qeyd olunub.

Nəşrin məlumatına görə, Pindun bölgəsində son yeddi gün ərzində 2 min mm-dən çox yağıntı düşüb, nəticədə yolları su basıb və bir çox yerlərdə torpaq sürüşmələri baş verib. 800-dən çox insan təxliyə edib.

Bundan əlavə, Qaosyun şəhərinin bəzi hissələrində bir gün ərzində 700 mm-dən çox yağıntı düşüb, nəticədə 3,1 mindən çox insan təxliyə edilib. Meteorologiya İdarəsi Tayvanın cənub bölgələrində güclü yağışların və küləkli havanın davam edəcəyini proqnozlaşdırır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM