satellite   Azerspace-1: 11135 H 30000

Türkiyədə meşə yanğını baş verib, bir məhəllə boşaldılıb

Türkiyədə meşə yanğını baş verib, bir məhəllə boşaldılıb

Türkiyənin Aydın vilayətində meşə yanğını baş verib.

NTV xəbər verir ki, yanğın Aydının Efeler rayonunda yerləşən əkin sahəsi və kol¬luq ərazidə başlayıb. Sürətlə yayılan alov yaşayış yerlərinə sıçrayıb. Qabaqlayıcı tədbir olaraq, bölgədəki bir məhəllə tam boşaldılıb. Bölgəyə 5 yanğınsöndürən təyyarə, 9 helikopter və çox sayda xüsusi texnika cəlb olunub.

Hadisə ilə bağlı açıqlama verən Aydın valisi Yakup Canbolat bildirib ki, son günlər Aydında, əsasən əkin sahələrində yanğınlar baş verir. Bugünkü yanğın təxminən saat 15:06 radələrində başlayıb. Hazırda alov sürətlə yayılır. İndiyə qədər 3 nəfər tüstüdən zəhərlənib.

Alovla mübarizə davam edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM