satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə yaxınlığında zəlzələ baş verib, bir nəfər ölüb, 69 nəfər yaralanıb

Türkiyə yaxınlığında zəlzələ baş verib, bir nəfər ölüb, 69 nəfər yaralanıb

Türkiyənin cənub-qərb sahillərində baş verən zəlzələ nəticəsində bir nəfərin ölüb, 69 nəfər yaralanıb.

NTV xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X" hesabında yazıb.

***
04:58

Xəbər verdiyimiz kimi, Egey dənizində, Türkiyə ilə Yunanıstan arasında 5,8 bal gücündə zəlzələ baş verib.

NTV  Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 11 nəfər xəsarət alıb.

Muğla valisi İdris Akbıyıkın sözlərinə görə, xəsarət alanlar zəlzələ zamanı panikaya düşən və yüksəkmərtəbəli binalardan tullananlardır.

***
03:54

Egey dənizində, Türkiyə ilə Yunanıstan arasında 5,8 bal gücündə zəlzələ qeydə alınıb.
NTV  xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri Türkiyənin təxminən 95,8 min nəfərin yaşadığı Marmaris şəhərindən 18 km cənub-şərqdə yerləşib.

Zəlzələnin ocağı 58 km dərinlikdə olub.

Hazırda xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.

Təsir zonasında sunami təhlükəsi elan edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM