satellite   Azerspace-1: 11135 H 30000

ABŞ-də atışma nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb

ABŞ-də atışma nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb

ABŞ-nin Kaliforniya ştatının Bolduin-Park şəhərində atışma baş verib, iki nəfər ölüb.

NTV  ABC-yə istinadən xəbər verir ki, bu barədə Los-Anceles dairəsinin şerif departamenti məlumat yayıb.

Məlumata görə, şəxsiyyəti açıqlanmayan şəxs tüfənglə insanlara atəş açıb. Hadisə nəticəsində biri polis olmaqla iki nəfər həlak olub, daha bir zabit yaralanıb. O, xəstəxanaya yerləşdirilib.

Şerif Robert Lunanın sözlərinə görə, hadisəni törətməkdə şübhəli bilinən şəxs həbs edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM